"WhatsApp"da mesaj menyusu dəyişdi

"WhatsApp"da mesaj menyusu dəyişdi
SOSİAL
01:10 18.06.2026
228
"WhatsApp" Android istifadəçiləri üçün yeni funksiyanı sınaqdan keçirir.

AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, "WhatsApp" Android versiyasında mesaj menyusunun dizaynını yeniləməyə hazırlaşır. Yeni funksiyaya əsasən, istifadəçilər mesajın üzərinə toxunduqda cavab vermək, yönləndirmək, silmək və emoji ilə reaksiya bildirmək kimi seçimlər daha kiçik və rahat menyuda təqdim olunacaq.

Bildirilir ki, yenilənmiş interfeys artıq "WhatsApp"ın beta versiyasında bəzi istifadəçilər üçün əlçatandır. Yeniliyin yaxın həftələrdə bütün Android istifadəçilərinə təqdim ediləcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR