"WhatsApp"a platformanın məzmununda böyük dəyişiklik edəcək yeni funksiya gəlir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, artıq istifadəçi adı ilə axtarış etmək mümkün olacaq.
Fərdi istifadəçi adı seçmək imkanı əlavə məxfiliyi təmin edəcək.
Hazırlanma mərhələsində olan WhatsApp funksiyalarının gedişatını mütəmadi olaraq izləyən WABetaInfo, Android üçün WhatsApp 2.23.25.19 beta versiyasında yeni bir dəyişikliyin olduğunu qeyd edib və əlavə edib ki, inkişaf mərhələsində olan funksiya hələ beta test istifadəçiləri üçün əlçatan deyil.
Mesajlaşma tətbiqinin bir müddətdir istifadəçi adı əlavə etmə xüsusiyyəti üzərində işlədiyi məlum olub.
Xüsusi istifadəçi adlarını seçmək imkanı əlavə məxfilik səviyyəsini təmin edəcək, çünki istifadəçilər xidmətdə telefon nömrələrini açıqlamalı olmayacaqlar.
Mikayıl