Dünyanın ən populyar mesajlaşma servisi olan WhatsApp çoxdan gözlənilən funksiyanı işə salmağa hazırlaşır.AZXEBER.COM anspress-ə istinadən xəbər verir ki, Facebook tərəfindən 16 milyard dollara satın alınan WhatsApp zəng funksiyasını 2015-ci ildə işə salmağa hazırlaşır. Bu funksiyanın aktivləşdirilməsindən sonra mobil operatorlara zərbə vurulacağı gözlənilir.Bundan başqa yeni funksiya vasitəsilə görüntülü zənglərə Bluetooth qulaqcıqları və mesaj yoluyla cavab vermək də mümkün olacaq.