"WikiLeaks"dən İsrail və Amerikaya hədə-qorxu

Bütün Xəbərlər
15:22 23.12.2010
1738

Bu gün “WikiLeaks” saytının yaradıcısı Culian Assanj “Əl-Cəzirə” telekanalına müsahibə verib. Müsahibə zamanı yenicə azadlığa buraxılan Culian Assanj ABŞ və İsraillə bağlı 3700 materialın yayımı ilə bağlı planlarını açıqlayıb. O, müsahibə zamanı bildirib ki, Qətərin də adı çəkildiyi ABŞ səfirliklərindən 17 min teleqramın mətni açıqlanacaq. Bundan başqa 3 min sənəd Sudan, 500 sənəd Yəmənlə bağlıdır. 

“Heç bir ölkə, istər böyük olsun, istərsə də kiçik diqqətdən kənarda qalmamalıdır. Amerika diplomatiyasının fəaliyyəti haqda həqiqətlər hamıya məlum olmalıdır”,- deyə Assanj əlavə edib. 

Assanj İsrailin "Mossad" təşkilatı ilə əlaqələrinin olması barədə yayılan məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, bütün bunlar həqiqətə uyğun deyil. O qeyd edib ki, əvvəllər onu Mərkəzi Kəşfiyyat İdarəsi və İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham ediblərmiş. //Ans Press

 

OXŞAR XƏBƏRLƏR