"WikiLeaks"in səsi niyə çıxmır? - ARAŞDIRMA

"WikiLeaks"in səsi niyə çıxmır? - ARAŞDIRMA
Bütün Xəbərlər
13:05 17.05.2011
2449
Bu yazıda həmin sayt haqqıda son məlumatları verməyə çalışacağıq. 


"WikiLeaks" nədir?

800 könüllü işçisi olan "WikiLeaks" saytı 2006-cı ildə qurulub. Rəsmi məlumatına görə, "WikiLeaks"də amerikalı, avropalı, tayvanlı, avstraliyalı, afrikalı jurnalistlər, çinli müxaliflər, riyaziyyatçılar, texnologiya sahəsində mütəxəssis adlar var. Sayı 800 ətrafında təxmin edilən bu adlar, könüllü işləyir.
Bu insanların məqsədləri isə gizli sənədləri ictimaiyyət ilə paylaşmaqdır. "WikiLeaks"ə çatan məlumatlar mütəxəssislər tərəfindən tək-tək qiymətləndirilir. Çox gizli bəzi sənədlər, dedi-qoduların yalnız sənəd xüsusiyyətində olanları nəşr olunur. Nəşr olunan sənədlər "çox gizli" deyil, yalnız "gizli" sinifində yer alan sənədlərdir.
"Wikileaks" saytının hərfi mənası da maraqıdır. Beləki, "Wiki" sözü məşhur "Wikipedia" ensiklopediyasının adından götürülüb. "What I Know Is.." ifadəsinin baş hərfləridir. Mənası, "bildiyim qədəriylə..."- deməkdir.
"Leaks" isə ingilis dilindən "sızma", "sızdırma", "dəlik" mənasını verir. "Wikileaks"- yəni "mənim bildiyim qədər ilə sızan məlumatlar" mənasını verir.

Julian Paul Assange kimdir?

"WikiLeaks"-in yaradıcısı Julian Paul Assange adlı bir Avstraliya vətəndaşıdır. Uşaqlığı çox ağır keçən Julian cavanlıq dövründə bir çox kiber-cinayətlərdə şübhəli bilinib. Hətta vaxtıyla “CityBank”-dan 500.000 ABŞ dolları oğurladığına görə onun barəsində cinayət işi də açılıb. Texnologiya aləmiylə yaxından tanış olan hər bir şəxs gözəl bilir ki, bu tip savadlı xakerlər bir müddətdən sonra xüsusi xidmət orqanlarına işləməyə məcbur edilir. Yəni başqa bir variant ola bilməz. Əsas prinsip “istedadlı xakerlərlə mübarizə aparmaqdansa, onları mənən məhv edib özünə tabe etmək daha sərfəlidir” burada öz rolunu oynayır. Görünür, elə bu səbəbdən də tezliklə Julianın üzərindən bütün ittihamlar götürülür və o, fəaliyyətini davam etdirir.
Beləliklə, 2006-cı ildə Julianın növbəti layihəsi “WikiLeaks” işıq üzü görür. Bu layihə vasitəsi ilə guya anonim istifadəçilər gizli və məxfi sənədləri sayta yükləyib, internetdə bölüşürlər.

Son məlumatlar nələrdir?

Britaniya polisi “Wikileaks düşmənləri”nə kiber-hücumlarda şübhəli bilinən 5 xakeri həbs etmişdi. 15-16 yaşarası kişi xakerlər bu gün səhər saatlarında həbs olunub. “Visa”, “Mastercard” və “Paypal” kimi şirkətlərin saytlarına hücuma görə məsuliyyəti boyunlarına götürüblər. “Wikileaks”in xaker tərəfdarları adı keçən şirkətləri sayta qarşı təhrikçilikdə və “Wikileaks” severlərini bloklaşdırmaqda günahlandırıblar.

Bundan başqa amerikalıların yüzdə 42%-nin "Wikileaks"-in nə olduğunu bilmədiyi ortaya çıxıb. Belə ki, Amerikanın "Vanity Fair" jurnalının sifarişi ilə keçirilən sorğunun nəticələrinə görə, sadə amerikalıların yalnız 9%-i "Wikileaks"in yaxşı bir şey olduğunu deyib. Sorğuda iştirak edənlərin 22%-i isə "Wikileaks"i xain adlandırıb.

“Wikileaks” saytı ilə yayılan son xəbərlərdən biri də Culian Assancın saytının bağlanacağı təqdirdə gizli sənədlərin sel kimi axacağını deməsidir. Assanc Amerikanın “CBS” televiziyasının “60 dəqiqə” proqramına verdiyi açıqlamada mətbuat üçün hələ dərc olunmamış sənədlərdən ibarət sistem olduğunu söyləyib. O, 100 mindən çox insanda gizli sənəd olduğunu bildirib: “Edəcəyimiz yeganə şey sənədlərin yayımlanması üçün onlara şifrə verməkdir”.

Həttə bəzi söhbətlərə görə bu il Nobel mükafatı üçün irəli sürülən namizədlər arasında "Wikileaks" də var. Ancaq komitə xəbəri təkzib edib.

Sayt haqqında son xəbərlərdən biri də "Wikileaks" saytına məlumatlar sızdırmaqda ittiham olunan amerikalı əsgər Bradley Manninq barəsindədir. Belə ki, ona qarşı 22 ittiham irəli sürülüb. Manninq düşmənə yardım etməkdə ittiham olunur. Düşmənə yardım edən ABŞ qanunlarına görə edam cəzasına məhkum edilir, amma məhkəmənin ona ömürlük həbs cəzası verəcəyi bildirilir. Hazırda Manninq 620 min diplomatik və hərbi sirri sızdırmaqda günahlandırırlır.

Göründüyü kimi, saytın qalmaqallı fəaliyyəti demək olar ki, səngiyib. İndi zaman keçdikcə məsələləri daha real təhlil etmək olur. Sayt isə əvvəlki kimi qamaqallı xəbərləri daha yaymır. Ola bilsin ki, səbəb məhkəmə işi ilə bağlıdır.

Qeyd edək ki, hal-hazırda saytın işi məhkəmədədir. İyulun 12-də London məhkəməsi “Wikileaks” saytının təsisçisi Culian Assancın İsveçə ekstradisiya edilməsi ilə bağlı apelyasiyaya baxacaq.

Bundan əvvəl Londonun Magistrat Məhkəməsinin hakimi Belmarş Hovard Riddl İsveçin Assancın ekstradisiyası ilə bağlı xahişinə müsbət cavab verib. İsveç prokurorluğu Assancı bir sıra cinayətlərdə ittiham edirdi.
Buna cavab olaraq, Assancın vəkili ali məhkəmələrin qərarı ilə bağlı şikayət edib. İttiham olunan şəxs öz günahını qəbul etmir və məhkəmənin qərarını “ağılsızlıq” adlandırmışdı.
Hələ ki, Assanc 240 min funt girov və bir sıra şərtlər müqabilində azadlıqda qalır. O, yalnız bir ünvanda qalmalı, elektron bilərzikdə gəzməli və polisə məruzə etməlidir.

Ənvər Talıblı
OXŞAR XƏBƏRLƏR