“WikiTəlim” layihəsinə start verildi – FOTOLAR

“WikiTəlim” layihəsinə start verildi –  FOTOLAR
GƏNCLİK
00:12 12.02.2016
2271
Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı Slavyan Universitetində “WikiTəlim” layihəsinin açılış mərasimi baş tutub.
Açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Asif Hacıyev layihənin önəmindən, internet məkanında Azərbaycanın milli maraqlarının qorunmasından söhbət açdı və layihə iştirakçılarına uğurlar arzuladı.
Daha sonra “2016-2017-ci illərdə Azərbaycan dilli Vikipedianın zənginləşdirilməsi proqramı”nın rəhbəri Nihad Allahyarlı çıxış edərək hal-hazırda qloballaşan dünyada gənclərin internet resurlarından səmərəli istifadə etməsinin önəmindən bəhs etdi. N.Allahyarlı eyni zamanda Azərbaycan dilli Vikipediya ilə bağlı görülən işlərdən və prioritetlərdən danışdı.
Daha sonra layihənin qonaqları “Hajizade Group” şirkətinin direktoru Əli Hacızadə, Azxeber.com İnformasiya portalının baş direktoru Əfsələddin Ağalarov və “Wikipedia Azərbaycan” Cəmiyyətinin idarə heyyətinin üzvü Səfər İbrahimov çıxış edərək, mövzunun əhəmiyyətinə diqqət çəkdilər.
OXŞAR XƏBƏRLƏR