Windows Phone-da da İnstagram olacaq

MARAQLI
10:20 24.10.2013
1118

Instagram fotoxidməti Windows Phone əməliyyat sistemli smartfonlarda işləyəcək. Bu barədə oktyabrın 22-də Nokia World tədbiri zamanı Nokia şirkətinin direktoru Stiven İlopelan edib.

AZXEBER.COM ICTnews-a istinadən bildirir ki, Instagram tətbiqi yaxın həftələrdə Windows Phone üçün tətbiq mağazasında yerləşdiriləcək. Instagramın direktoruKevin Sistrom, həmçinin bu faktı təsdiqləyib.

Xatırladaq ki, Instagram fotoxidməti 2010-cu ildən fəaliyyət göstərir və auditoriyası 150 milyon istifadəçidən çoxdur. Xidmət ilk öncə fotoşəkillərin nəşr edilməsi üçün nəzərdə tutulub, lakin 2013-cü ilin yayından xidmətə videoçarxlar da yükləmək mümkündür.

İlk vaxtlar Instagram yalnız iOS platformasında işləyib. 2012-ci ildə onun Android üçün tətbiqi çıxarıldıqdan sonra xidmətin auditoriyası xeyli artıb. Həmin il Facebook sosial şəbəkəsi 1 milyard dollarından keçərək Instagram fotoxidmətini satın alıb.

OXŞAR XƏBƏRLƏR