“WUF13 Azərbaycanın qlobal səviyyədə etibarlı tərəfdaş olunduğunu göstərir” - Deputat

“WUF13 Azərbaycanın qlobal səviyyədə etibarlı tərəfdaş olunduğunu göstərir” - Deputat
SOSİAL
12:20 13.05.2026
590
"WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmiz üçün həm beynəlxalq nüfuz, həm iqtisadi imkanlar, həm də şəhərsalma sahəsində təcrübə mübadiləsi baxımından çox böyük əhəmiyyət daşıyır”. 

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

O qeyd edib ki, bu forum Azərbaycanın artıq qlobal səviyyədə etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir:

"Bu forum Azərbaycanın artıq qlobal səviyyədə etibarlı və mühüm tərəfdaş kimi qəbul olunduğunu göstərir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən müasir şəhərsalma layihələri, "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyaları dünya üçün də maraqlı nümunədir. WUF13 çərçivəsində Azərbaycanın bu təcrübəni beynəlxalq ictimaiyyətə təqdim etməsi çox vacibdir”.

Deputat vurğulayıb ki, WUF13 yeni investisiyal baxımından mühüm imkanlar yaradacaq:

"Bu forum yeni investisiyaların cəlb olunması, beynəlxalq tərəfdaşlıqların genişlənməsi, şəhərsalma və infrastruktur sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi baxımından mühüm imkanlar yaradacaq. Hesab edirəm ki, bu forum  dayanıqlı inkişaf, ekologiya, innovasiya və gələcəyin şəhərləri ilə bağlı qlobal platformadır. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi dövlətimizin artan beynəlxalq rolunun və inkişaf siyasətinin göstəricisidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR