"WUF13 indiyədək keçirilən ən böyük Ümumdünya Şəhərsalma Forumu oldu"

"WUF13 indiyədək keçirilən ən böyük Ümumdünya Şəhərsalma Forumu oldu"
SİYASƏT
15:52 22.05.2026
319
"WUF13 indiyədək keçirilən ən böyük Ümumdünya Şəhərsalma Forumu oldu. Forumda 58 mindən çox iştirakçı yer aldı”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri  Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Milli Koordinatoru, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən WUF13-ün bağlanış mərasimində səsləndirib.

O bildirib ki, şəhərsalma ilə bağlı məsələlər bir-biri ilə sıx əlaqəlidir:

"Şəhər problemləri, infrastruktur, nəqliyyat və digər istiqamətlər bir-biri ilə bağlı mövzulardır. Forum çərçivəsində 125 ölkədən 400-dən çox nümayəndə müxtəlif assosiasiyalarda çıxış edib”.

Anar Quliyev qeyd edib ki, WUF13 beynəlxalq şəhərsalma sahəsində təcrübə və əməkdaşlıq baxımından mühüm platformaya çevrilib.

Şahanə
OXŞAR XƏBƏRLƏR