Xəzəryanı liderlərin zirvə görüşü başa çatdı

Bütün Xəbərlər
19:51 18.11.2010
1688

Sənəd özündə Xəzər dənizinin təhlükəsizliyi sahəsində əməkdaşlığı əks etdirir. Həmçinin sənəddə bildirilir ki, Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsi- beş sahilyanı dövlətlərin müstəsna hüququdur.

 

Liderlər bundan başqa, Bakıda keçirilən danışıqlarda onların mövqelərini əks etdirən Birgə Bəyanat da qəbul edib. Dövlət başçıları imzaladıqları Birgə Bəyannamədə Xəzərin hüququ statusuna dair konvensiya üzərində işi davam etdirmək və Xəzərin hüququ statusuna dair konvensiya üzərində işi davam etdirmək niyyətlərini təsdiqləyiblər.

 

Sənəddə deyilir: “Tərəflər sahilyanı ölkələrin Xəzər dənizinə və onun resurslarına münasibətdə suveren hüquqlarını tanıdıqlarını bəyan edirlər. Onlar Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya üzərində işi başa çatdırmaq niyyətlərini təsdiqləyirlər. Prezidentlər protokol qaydasında aidiyyatı orqanlara 3 ay ərzində Xəzər dənizində bəzi növ balıqlara 5 il müddətinə moratorium qoyulması barədə razılaşmanı hazırlamağı tapşırıblar. Həmçinin aidiyyatı qurumlara 3 ay müddətində sahilyanı ölkənin suverenliyinin şamil edildiyi milli zonaların enini 24-25 mil olmaqla razılaşdırmağı tapşırıb”.

OXŞAR XƏBƏRLƏR