Xabi Alonso “Çelsi”nin baş məşqçisi təyin olundu

Xabi Alonso “Çelsi”nin baş məşqçisi təyin olundu
İDMAN
12:48 17.05.2026
208
Londonun "Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

İngiltərə təmsilçisi komandanın sükanının tanınmış ispan mütəxəssis Xabi Alonsoya tapşırıldığını elan edib.

London klubu ilə təcrübəli çalışdırıcı arasında 4 illik müqavilə imzalanıb. Keçmiş baş məşqçi Liam Rosenyoru əvəzləyən Xabi Alonso iyulun 1-dən etibarən işinə başlayacaq.

Qeyd edək ki, ispan mütəxəssisin son iş yeri vətəni olub. O, 2025-ci ilin yayından 2026-cı ilin yanvarına qədər Madrid "Real”ının baş məşqçisi postunda çalışıb.
OXŞAR XƏBƏRLƏR