Xaçmaz rayonunda II İqtisadi Forum keçirildi

Xaçmaz rayonunda II İqtisadi Forum keçirildi
Bütün Xəbərlər
12:28 13.05.2013
1097

Qafqaz Universiteti və Sosial-iqtisadi tədqiqatlar mərkəzinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonunda II İqtisadi Forum keçirilib.

Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin verdiyi məlumata görə, bu ilki forum maliyyə-iqtisadi böhranından sonra dünya iqtisadiyyatında formalaşmış tendensiyaların müzakirəsinə həsr edilib:“Forumun açılışında çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin idarə heyətinin sədri Ənvər Özərən konfransın işinə uğurlar arzulayıb.Müzakirələr üç istiqamətdə aparılıb. Birinci istiqamət qlobal iqtisadi problemlər və onlara müasir baxışları əhatə edib. İkinci istiqamətdə sahibkarlığın iqtisadi inkişafdakı rolu innovasiyalar, istehsal və marketinq münasibətlərinə yeni baxışlar, həmçinin, maliyyə münasibətləri kontekstində geniş diskussiya aparılıb. Forumun sonuncu müzakirə istiqaməti isə milli-mənəvi dəyərlərin müasir iqtisadiyyatdakı rolu ilə əlaqədar olub”.Forumun sonunda Qafqaz Universitetinin rektoru Ahmet Sanıç tərəfindən iştirakçılara xatirə plaketi verilib.

OXŞAR XƏBƏRLƏR