Xaçmaz rayonunun Xraxoba kəndinin adı dəyişdirilir

Xaçmaz rayonunun Xraxoba kəndinin adı dəyişdirilir
Bütün Xəbərlər
12:47 08.11.2013
648
Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Xaçmaz rayonunun Xraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, komitə sədri Arif Rəhimzadə bildirib ki, bu ərazi Samur çayının sahilində yerləşir və ətrafı palıd meşəliyi ilə əhatə olunub.

Onun sözlərinə görə, orada yaşayan sakinlər Xraxoba sözünün mənasını bilmədiklərindən bu kəndin adının dəyişdirilməsini təklif ediblər və bununla bağlı sənədlər hazırlanaraq müvafiq qurumlara göndərilib: “Kənd sakinləri həmin əraziyə Palıdlı adının verilməsini istəyiblər. Həmin ərazilərdə vaxtı ilə ruslar məskunlaşmışdı, 2 il bundan əvvəl onlar oradan köçürüldülər. Bu proses Rusiya və Azərbaycanın razılaşması əsasında həyata keçirilib".

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

OXŞAR XƏBƏRLƏR