İstintaq baş verənləri araşdırır.
Dünən yerli sakin Mirzəməmməd Mirzəağa Məmmədrəsul oğlu qarnında dəlik yarası ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına müraciət edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Vesti.Az-a Xaçmaz rayon Polis İdarəsindən bildiriblər.
İlkin dindirilmə zamanı zərərçəkən yaranı pilləkəndən yıxılaraq aldığını deyib.
Amma yaranın xarakteri bunun heç də bədbəxt hadisənin nəticəsi olmadığını deyirdi.
Polis əməkdaşları Mirzəməmmədin yaxın adamını bu yolla gizlətməyə çalışdığından şübhələnir.
Hal-hazırda istintaq baş verənləri araşdırır.