Xaçmazda qatar vuran gənc ölüb

Xaçmazda qatar vuran gənc ölüb
HADİSƏ
11:26 04.05.2025
224
Xaçmaz sakinini qatar vurub.

AZXEBER.COM "Unikal"ın Şimal bürosuna istinadən xəbər verir ki,  rayon sakini Abdullayev Kənan Mehrab oğlu dəmiryol xəttində qatarın altında qalması nəticəsində ölüb.

Belə ki, hadisə Xaçmaz şəhəri ərazisində, dəmiryolu xətti üzərindən keçən avtomobil körpüsünün yaxınlığında qeydə alınıb.
 
K.Abdullayev ailəli idi, bir azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır. 
 

OXŞAR XƏBƏRLƏR