Xaçmazda 14 yaşlı məktəblini maşın vurdu

Xaçmazda 14 yaşlı məktəblini maşın vurdu
Bütün Xəbərlər
00:41 25.06.2014
718
Faktla bağlı araşdırma aparılır.
Bu gün axşam saatlarında Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhəri, Ülvi Bünyadzadə küçəsində qeydə alınıb. 2001-ci il təvəllüdlü Mövsümov Mehdi Aydın oğlu evlərinin qarşısında oynayarkən “VAZ 21 011” markalı avtomobil tərəfindən vurulub.
Nəticədə 14 yaşlı yeniyetmə müxtəlif dərəcəli xəsarətlər alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR