Xaçmazda ağır yol qəzası: yaralılar var

Xaçmazda ağır yol qəzası: yaralılar var
Bütün Xəbərlər
11:41 16.09.2014
623
Xaçmaz rayonunda ağır yol qəzası baş verib.Qımılqışlaq-Hacıisaoba yolunda minik maşını aşıb.Belə ki, 1997-ci il təvəllüdlü Orxan Hacı oğlu Əhmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomaşın idarəetmədən çıxaraq aşıb.Nəticədə sürücü və sərnişin 1997-ci il təvəllüdlü Famil Kamil oğlu Həbibov ağır yaralanıblar. Onlar müxtəlif dərəcəli bədən xəsarətlərilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.İlkin ehtimala görə, hadisə avtomobilin yüksək sürətlə idarə edilərkən, dönmə əməliyyatını düzgün yerinə yetirilməməsi zamanı baş verib.
OXŞAR XƏBƏRLƏR