Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapıldı - FOTO

HADİSƏ
18:13 25.01.2025
272
Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, meyit rayonun Yergüc kəndi yaxınlığında bağ sahəsindəki göldə aşkarlanıb.

Tapılan meyitin Ağyazı kənd sakini 1985-ci il təvəllüdlü Bayramov Ələsgər Müseyib oğluna məxsus olduğu məlum olub.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
 

 

OXŞAR XƏBƏRLƏR