Xaçmazda iki maşın toqquşub, yaralılar var

Xaçmazda iki maşın toqquşub, yaralılar var
Bütün Xəbərlər
00:50 16.07.2013
1084

Azərbaycanda ağır yol qəzası baş verib. Xaçmaz Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Qəndob -Yalama yolunun 19-cu kilometrliyində, Canaxır kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində Xaçmaz rayon sakinləri, 1976-cı il təvəllüdlü Elnur Məmmədəli oğlu Sultanovun idarə etdiyi “ 10-RO-647” dövlət nömrə nişanlı “QAZ 33-021” markalı yük avtomobili ilə 1989-cu il təvəllüdlü Məmmədəli İbrahim oğlu Məmmədovun idarə etdiyi “10-RP-711 dövlət nömrə nişanlı “ İnfiniti” markalı avtomobil toqquşub. Qəza nəticəsində maşınlar yanıb.

Yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Xəsarət alan sərnişinin vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə gətirilir.

OXŞAR XƏBƏRLƏR