Xaçmazda məktəbli maşının altında qaldı

Xaçmazda məktəbli maşının altında qaldı
Bütün Xəbərlər
20:19 30.04.2012
1251
Bu gün Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmazın Hacıəlibəy kəndində qeydə alınıb.Belə ki, saat 18.00 radələrində rayonun Arzu kəndinin sakini, 10 yaşlı Məhərrəmova Həlimə Salman qızı məktəbdən evə qayıdarkən, Qubadan Xaçmaz istiqamətində hərəkət edən 1987-ci il təvəllüdlü Şabran rayon sakini Camalov Vüsal Adıgözəl oğlunun idarə etdiyi, şirkətlərin birinə məxsus “KİA Bongo” avtomaşının altında qalıb.Yaralı məktəbli dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.Travmotologiya şöbəsinin müdiri Ağayar Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, xəstə Məhərrəmova Həlimə qapalı kəllə-beyin travması, beyin silkələnməsi və sol təpə nahiyyəsinin əzilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, hazırda xəstənin vəziyyəti kafidir.Xaçmaz Rayon Polis İdarəsi ilə dəfələrlə əlaqə saxlasaq da, əlavə heç bir məlumat əldə edə bilmədik.***19.42Bu gün Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in Şimal bürosunun verdiyi məlumata görə, rayonun Arzu kəndində 9 yaşlı məktəbli maşının altında qalıb.Yaralı məktəbli dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Şöbə müdiri Ağayar Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, xəstənin vəziyyəti orta ağır olaraq qalır. Həkimlər xəstəni normal həyata qaytarmağa çalışır.
OXŞAR XƏBƏRLƏR