Xaçmazda müəssisə sahibi faciəvi şəkildə öldü

Xaçmazda müəssisə sahibi faciəvi şəkildə öldü
SOSİAL
11:44 15.08.2025
1671
Xaçmazda kişini elektrik cərəyanı vuraraq öldürüb.

1966-cı il təvəllüdlü Şahid Qurban oğlu Daşdəmirov Niyazova kəndində yerləşən ona məxsus avtomobil təmiri müəssisəsinin üzərindən keçən internet naqilləri sallanaraq maşınların keçməsinə maneə yaratması səbəbindən elektrik kabelini əli ilə tutub yuxarı qaldırmaq istədikdə elektrik vurub.

Nəticədə sonuncu çoxsaylı xəsarətlərlə Xaçmaz RMX-na daxil olaraq, sonradan ölüb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR