Xaçmazda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xaçmazda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
HADİSƏ
09:20 25.03.2025
310
Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisindəki evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Nurağa İsgəndərov saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, həmin şəxs məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlamaqda təqsirləndirilir.
OXŞAR XƏBƏRLƏR