Xaçmazda şok: "Qazel" piyadanın üstündən keçdi

SOSİAL
22:18 09.12.2018
4794
Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, axşam saatlarında rayonun Çaxçaxlı kəndində Ədalət adlı piyadanı "Niva" markalı maşın vurub, arxadan gələn "Qazel" markalı avtomobil isə sürətlə hərəkətdə olduğundan onun üzərindən keçib.

Vurulan piyadanın Xaçmaz morquna təhvil verildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR