Xaçmazda yük avtomobilləri toqquşub, yaralanan var - FOTOLAR

Xaçmazda yük avtomobilləri toqquşub, yaralanan var - FOTOLAR
HADİSƏ
23:44 10.03.2025
140
Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Ağçay üzərindəki körpünün yaxınlığında "Kamaz" markalı yük avtomobili "Qazel" markalı yük avtomobili ilə toqquşub.
 
Qəza zamanı "Qazel" markalı avtomobil aşıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Hazırda fakt araşdırılır.
 
 

 

 


OXŞAR XƏBƏRLƏR