Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan doqquz şəxsin kimliyi məlum olub.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Gəndov-Yalama avtomobil yolunun Çarxı kəndindən keçən hissəsində 50-DM-669 dövlət nömrə nişanlı VAZ-2106 və 22-BO-608 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar Naxçıvan şəhər sakini, 1988-ci il təvəllüdlü P.Əlixanova, Ağsu rayon sakinləri - 1997-ci il təvəllüdlü S.İsmayılov və 1993-cü il təvəllüdlü İ.İsmayılov, Şabran rayon sakinləri - 1972-ci il təvəllüdlü A.İbrahimov, 1964-cü il təvəllüdlü İ.İsmayılov, 1995-ci il təvəllüdlü Z.İsmayılova, 1991-ci il təvəllüdlü F.Məmmədova, 2011-ci il təvəllüdlü Ə.Məmmədova və 2015-ci il təvəllüdlü R.Məmmədovadır.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.











































