Xalça Dünyası Assosiasiyası yeni layihənin icrasına start verib

Xalça Dünyası Assosiasiyası yeni layihənin icrasına start verib
Bütün Xəbərlər
17:20 17.09.2015
701
Xalça Dünyası Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Xalçaçı qadınların sağlamlığının qorunması” layihəsinin icrasına start verib.
Birliyin sədri Fatimət Ağamirzəyevanın verdiyi məlumata görə, layihənin məqsədi milli-mədəni irsimiz olan xalçaçı peşəsinin sahiblərini ictimai, tibbi, şəxsi və gigiyenik, tənəffüs təmizliyi ilə bağlı maarifləndirilməsindən, xalçaçı qadınlara bəzi peşə xəstəlikləri və profilaktik tədbirlər haqqında bilik verilməsindən, maarifləndirilməsindən və düzgün istiqamətləndirməsindən ibarətdir.
QHT sədri bildirib ki, layihə çərçivəsində tibb işçisinin göstərişi ilə alınan tibbi ləvazimatlardan tibb paketləri hazırlanacaq və hazırlanmış tibb paketləri maarifləndirmə tədbirlərində xalçaçı qadınlara paylanılacaq.
3 ay müddətində icra olunacaq layihədən xalçaçılıq peşəsinin sahibi olan qadınlar və tədbir keçirilən bölgədə yaşayan əhali faydalanacaq.
Qeyd edək ki, layihə Quba rayonunda icra olunacaq.
OXŞAR XƏBƏRLƏR