“Xalça dünyası” peşə xəstəliklərinə aid müzakirə aparıb

“Xalça dünyası” peşə xəstəliklərinə aid müzakirə aparıb
Bütün Xəbərlər
16:07 02.11.2015
592
Xalça Dünyası Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə icra etdiyi “Xalçaçı qadınların sağlamlığının qorunması” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.
Quba rayonunun Piral kəndində xalçaçı qadınların və tibb bacısının iştirakı ilə keçirilən tədbirdə Birliyin sədri Fatimət Ağamirzəyeva layihənin donoru və məqsədi haqqında məlumat verib.
Tədbirdə Fatimət Ağamirzəyeva və tibb bacısı Sara Fərzəliyeva xalçaçı qadınlara sağlamlıqlarının qorunması, peşə yönümlü kiçik qəzaların aradan qaldırılması istiqamətində, astma bronxit və digər nəfəs xəstəlikləri, ümumi gigiyena barədə maarifləndirici məlumatlar veriblər. Xalçaçı qadınlarla peşə xəstəliklərinə aid müzakirə aparılıb və bu kimi xəstəliklərdən qorunma metodları izah olunub. Onlara işlədikləri otağın təmiz saxlanılması, havasının gündəlik dəyişdirilməsi, otağın işıqlı olması və xalça toxunduqda texnikaya riayət edilməsi tövsiyə olunub.
Sonra QHT sədri və tibb bacısı tərəfindən əllərin, qolların və göz yorğunluğunun aradan qaldırılması üçün məşq hərəkətləri nümayiş olunub və tədbir iştirakçıları ilə birlikdə idman hərəkətləri edilib.
Sonda tədbirdə tibb işçisinin məsləhəti ilə alınan tibb ləvazimatlarından hazırlanmış tibb paketləri təbdir iştirakçılarına paylanılıb. Bundan başqa, xalçaçı qadınlara təyinatı üzrə hazırlanmış təlimati materiallar və metodiki göstərişlər də paylanılıb.
OXŞAR XƏBƏRLƏR