Xalçaçılıq fabriki yandı

Xalçaçılıq fabriki yandı
Bütün Xəbərlər
15:00 30.01.2015
1108
Məcburi köçkünlər təxliyə edildi.
Bərdədə məcburi köçkünlərin məskunlaşdığı xalçaçılıq fabrikində yanğın baş verib.
AZXEBER.COM  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, fabrikin 2-ci mərtəbəsində ümumi sahəsi 44 kv.m olan iki otağın taxtadan ibarət arakəsməsi 12 kv.m, pəncərə çərçivəsi 1,5 kv.m və ev əşyaları 20 kv.m sahədə yanıb, yüksək temperaturdan ümumi sahəsi 15 kv.m olan ümumi dəhlizin lambirdən ibarət divar üzlüyü 8 kv.m sahədə əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər bina sakini təxliyə edilib. Otağın və dəhlizin qalan hissəsi yanğından mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR