Xaləddin İsgəndərov MTN generalının işdən çıxmasını gözləyirmiş – Obyektlərini sökdürür

Xaləddin İsgəndərov MTN generalının işdən çıxmasını gözləyirmiş –  Obyektlərini sökdürür
Bütün Xəbərlər
17:04 10.11.2015
2721

Binəqədi Rayon İcra Hakimiyyəti ilə rayonun 9-cu mikrorayon ərazisindəki Zeytun bağlarında restoran inşa etmiş İlqar Məmmədov arasındakı qalmaqal bir neçə gündür ki, ölkə mətbuatının gündəmindən düşmür. İcra başçısı sahibkarı intihar fikrindən daşındırsa da, İ.Məmmədovla aralarında razılıq əldə olunmayıb. İH obyektin sökülməsində israrlıdır.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı rayon icra başçısının müavini Aygün ƏliyevaAznews.az-a açıqlamasında bilirib ki, həmin sahibkara dəfələrlə xəbərdarlıq olunub. Amma edilən bu xəbərdarlıqlara baxmayaraq, o tikintini dayandırmayıb:“Zeytun bağlarında istər yaşayış obyektlərinin, istərsə də digər obyektlərin tikintisi qadağandır. Bu səbəbdən ona müxtəlif qurumlardan da xəbərdarlıqlar olunub. Xəbərdarlıqlara məhəl qoymadığı üçün öz hesabına sökdürməsi ilə bağlı tapşırıq verilib. Hətta oranın tikintisi bir neçə müddətlik saxlanılmışdı”. A.Əliyeva onu da qeyd edib ki, tikinti söküləndən sonra ərazidə ağaclar bərpa ediləcək:"Ağacları bərpa eləmək çətin bir məsələ deyil. Həmin ərazidə yeni zeytun ağacları əkiləcək". Qeyd edək ki, Zeytunluq ərazisinə Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisi, hazırda "MTN işi" ilə əlaqədar həbs olunan general Akif Çovdarov nəzarət edirmiş. Bu ərazidə zeytun ağaclarının məhz A.Çovdarovun rəhbərliyi ilə kəsildiyi və müxtəlif obyektlər tikildiyi barədə dəfələrlə mətbuatda yazılar dərc olunub.

OXŞAR XƏBƏRLƏR