Xaləddin İsgəndərovun Biləcəridəki adamı əhaliyə görün necə zülm edir – TƏFSİLAT

Xaləddin İsgəndərovun Biləcəridəki adamı əhaliyə görün necə zülm edir –  TƏFSİLAT
Bütün Xəbərlər
12:55 11.01.2016
3817

Binəqədinin icra başçısı Xaləddin İsgəndərovla bağlı daha bir xəbər yayılıb. 

İcra başçısı Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevdən hər il 50 min manat haqq alır.

İddiaya görə, Hikmət Quliyev Xaləddin İsgəndərovun istəyi ilə Biləcəri bələdiyyəsinə sədr təyin edilib. Bunun qarşılığında isə icra başçısı hər il ona 50 min manat haqq verməyi tapşırıb.

Təbbi ki, Hikmət Quliyev bu pulu Xaləddin İsgəndərova öz cibindən vermir və bələdiyyənin hesabına qazanır. İddia olunur ki, bələdiyyə sədri qəsəbə sakinlərinə qənim kəsilib. O, hətta keçmiş sədr dövründə sakinlərə satılmış qanuni torpaq sahələrinə görə yenidən haqq tələb edir. Özü də nə az, nə çox, düz 5 min manat. Verməyənlər, etiraz edənlər isə bələdiyyə işçiləri tərəfindən polislə hədələnir.

Xaləddin İsgəndərov-Hikmət Quliyev işbirliyi ilə bağlı başqa bir xəbər də var. İddiaya görə, Hikmət Quliyev icra başçısının birinci müavini İlqar Süleymanovun yerinə göz dikib. Xaləddin İsgəndərov da onun "işgüzarlığını" bəyənərək bu posta layiq olduğunu bildirir. Bir sözlə, yaxın vaxtlarda Hikmət Quliyevin icra başçısının müavini təyin edilməsi məsələsi gündəmə gələ bilər. (qaynar.info)

OXŞAR XƏBƏRLƏR