Xaləddin İskəndərov vətəndaşla söhbətini internetdən sildirdi

Xaləddin İskəndərov vətəndaşla söhbətini internetdən sildirdi
Bütün Xəbərlər
16:02 20.05.2015
14590

Azadlıq prospektində yanan binaya baş çəkməyə gələn Bənəqədi İh başçısı Xaləddin İskəndərovla zərərçəkənlər arasında mübahisə yaranıb.

İcra başçısına etiraz edən vətəndaşlar onu baş verənlərdən cavabdeh biliblər. Bir bina sakini isə İskəndərova: "Yandırmısan, indi cavab ver!" deyə etirazını bildirib.

Xatırladırıq ki, mənzilləri yanan vətəndaşların qalması üçün ayrılmış evlər uzaq olduğundan sakinlərin əksəriyyəti o evlərə getməkdən imtina edərək müvəqqəti olaraq şəhərdəki qohumlarının evlərində yerləşiblər.

AZXEBER.COM-un məlumatına görə, icra başçısı ilə sakinin söhbəti sosial şəbəkələrdə yayılandan bir neçə dəqiqə sonra "yoxa çıxıb". Belə ki, Binəqədi rayon icra hakimiyyətinin əməkdaşları videonu "youtube"yə şikayət edərək saytdan sildiriblər. 

OXŞAR XƏBƏRLƏR