Xaliq Hüseynov seçicilərlə görüşə başladı - FOTOLAR

Xaliq Hüseynov seçicilərlə görüşə başladı - FOTOLAR
Seçki2024
14:05 21.01.2020
3454

18 saylı Nərimanov-Nizami Seçki dairəsindən deputatlığa namizəd Xaliq Hüseynov təbliğat təşviqat tədbirləri çərçivəsində məhəlli görüşlərə start verib.

 

Sakinlərin nəzərinə çatdırırıq ki, Xaliq doktor təşviqat üçün ayrılmış müddət ərzində hər bir seçicisi ilə görüşməyə çalışacaq. İlk görüş müharibə veteranlarının istirahət məkanında baş tutub. Namizədlə tanış olan sakinlər maraqlı diskussiya aparıblar.

 

Görüşdə müharibə veteranlarını maraqlandıran məsələlər müakirə olunub. Daha sonra Şirin Mirzəyev 76 ünvanındakı binada qonaq olan namizəd, sakinləri dinləyib, özü haqda məlumat verib. Çox səmimi, mehriban keçən görüşdə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş, Həmid Xudu oğlu Həmidovun anası Vəzifə xanım  da iştirak edib.

 

Şəhid olmuş oğlu haqqında xatirələrini bölüşən Vəzifə xala problemlərini  namizədin diqqətinə çatdırıb.Binanın azyaşlı sakinləri də öz uğurları haqda məlumat verib,  namizədlə xatirə fotoşəkillər çəkdiriblər.

 

Eyni zamanda Xaliq Hüseynov yanvarın 20-də Ə.Vəliyev küç.7a ünvanındakı xeyir-şər evində 20 yanvar şəhidlərinin xatirəsinə verilən ehsan məclisində də iştirak edib. Görüşlər  davam edir. Bizi izləməyə davam edin.

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR