Xaliq Hüseynovun Nizami rayon sakinləri ilə görüşü keçirilib - VİDEO

Xaliq Hüseynovun Nizami rayon sakinləri ilə görüşü keçirilib - VİDEO
Seçki2024
10:42 30.01.2020
2188
" Bu gün sizə vəd etdiklərimin həyata keçməsi sizin əlinizdədir!Sizlərin əlində çox böyük imkan var. Bu sizin iradəniz, sizin səsinizdir.Öz vəkilinizi özünüz seçin!" - deyən Xaliq Hüseynov, "Qələbəmizi birgə qazanmaq üçün 9 fevralda hər birinizi seçki məntəqələrinə dəvət edirəm!"- deyə çağırış etdi. 

 Yanvarın 26-da 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən deputatlığa namizəd Xaliq Hüseynovun Nizami rayon sakinləri ilə görüşü keçirilmişdir. Tədbirdə namizədin vəkilləri, Nizami rayon ictimaiyyətinin  nümayəndələri və digər tanınmış şəxslər iştirak edirdilər.İlk öncə tədbir haqqında məlumat verən 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən deputatlığa namizəd Xaliq Hüseynovun seçki qərargahının rəhbəri Yaqub Tağıyev tədbiri açıq elan edib,  görüşün 26 yanvar Daşaltı faciəsinin ildönümünə təsadüf etdiyi üçün  Daşaltıda həlak olmuş şəhidlərimizin, eləcə də bütün şəhidlərin əziz  xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.
 
Daha sonra söz namizəd Xaliq Hüseynova verildi.Görüş iştirakçılarını salamlayan Xaliq doktor özü, fəaliyyəti haqda geniş məlumat verib, seçicilərinə belə səsləndi:" Bu gün sizə vəd etdiklərimin həyata keçməsi sizin əlinizdədir!Sizlərin əlində çox böyük imkan var. Bu sizin iradəniz, sizin səsinizdir.Öz vəkilinizi özünüz seçin! Bilirəm ki, bəzən verilən vədlər unudulur, bəzi millət vəkilləri verdiyi sözlərə əməl etmirlər! Mənə səs verəcəyiniz təqdirdə bütün bu fikirləri birlikdə alt-ust edəcəyik! Görəcəksiniz ki, sizin vəkiliniz hər an sizin yanınızdadır! Bu dövlət bizimdir! Dövlətimizə, dövlətçiliyimizə xidmət etmək hər birimizin borcudur! Üzümü sizə tutub deyirəm ki, seçkidə fəal olun! Mənə səs verməsəniz belə seçkidə iştirak edin!
 
9 fevral bütün dünyanın gözü Azərbaycanın üzərində olacaqdır! Xalqımız müdrik xalqdır! Biz bütün dünyaya sübut etməliyik ki,  xalqımız həm də yuksək  siyasi şüura malik olan bir xalqdır.Odur ki, hər birinizdən seçki məntəqələrində öz siyasi iradənizi göstərmənizi xahiş edirəm! " Daha sonra tədbirdə iştirak edən "Çernobl Əlilləri" Cəmiyyətinin Nizami rayon təşkilatının sədri Azər Səfərov cəmiyyət üzvlərinə göstərdiyi təmənnasız xidmətə görə təşəkkür edib, Xaliq doktoru Çernobl Cəmiyyətinin fəxri üzvü elan etdi. Fəxri üzvlük  diplomu namizədə təqdim olundu.
 
Tədbirdə  digər vəkillər də çıxış edib, namizədə uğurlar arzu etdilər. Sonda seçicilərin suallarını cavablandıran Xaliq Hüseynov, problemləri, arzu və istəkləri qeydiyyata götürdü. Böyük izdiham yaşanan görüşdə namizədlə  bir daha yaxından tanış olan sakinlər də öz növbəsində 9 fevralda yekdilliklə Xaliq Hüseynova səs verəcəklərini bildirdilər.

Sizin inamınız sizin səsinizlə sizin Qələbənizə lap az qaldı.Bizi izləməyə davam edin.
 

OXŞAR XƏBƏRLƏR