Xalq artisləri prezidentə məktub yazdılar - MƏTN

MƏDƏNİYYƏT
15:52 22.05.2012
3423

Prezident İlham Əliyevin rəsmi elektron poçtuna may ayının 1-dən bu günə kimi 17 məktub daxil olub. Ölkə başçısının ünvanına göndərilən məktubların böyük əksəriyyətində müxtəlif məsələlərlə bağlı İlham Əliyevə təşəkkür edilib.

AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, may ayında ölkə başçısına tanınmış incəsənət xadimləri də məktub yazıblar. Xalq artistləri İlham Namiq Kamal, Zemfira Nərimanova, Firəngiz Mütəllimova bu sıradandırlar. Eyni zamanda zəlzəzlə zamanı zərər çəkənlər, II dünya müharibəsinin iştrakçıları da Prezidentə təşşəkkür məktubları göndəriblər. Xalq artisti İlham Namiq Kamal yazır:“Hörmətli cənab Prezident! Sərəncamınıza əsasən “Prezidentin fərdi təqaüdçüsü” olmağımla qürur duyur və ilk növbədə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Cənab Prezident, Azərbaycanda gerçəkləşən güclü sosial-iqtisadi inkişaf onu Qafqazın lider dövlətinə çevirmişdir. Beynəlxalq inteqrasiya, daxili sabitlik, uğurlu xarici siyasət Sizin idarəçiliyinizi səciyyələndirən cəhətlərdir. Bütün bunlarla bərabər qədim köklərə malik ədəbiyyatımızın, teatrımızın və mədəniyyətimizin inkişafı, təşəkkülü də hər zaman Sizin diqqət mərkəzinizdə olmuşdur. Sənət adamlarına göstərdiyiniz qayğı bizi ruhlandırır, yeni yaradıcılıq uğurları qazanmağa sövq edir. Bir daha Sizə minnətdarıq! Hər zaman Sizinləyik! Xalq Artisti İlham Namiq Kamal, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri”. Xalq artistləri Zemfira Nərimanova və Firəngiz Mütəllimovanın prezidentə ünvanladıqları məktubda qeyd edilib:“Möhtərəm cənab Prezident, Bizə - sənət adamlarına göstərdiyiniz daimi diqqət və qayğıya görə sizə dərin minnətdarlığımızı bildiririk. Sizə və ailənizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq. Azərbaycanın parlaq gələcəyi naminə çəkdiyiniz bütün əziyyətlərin bəhrəsini görəsiniz”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir