Xalq artisti Filarmoniyada konsert verdi - VİDEO

Xalq artisti Filarmoniyada konsert verdi - VİDEO
MƏDƏNİYYƏT
13:16 12.06.2026
254
Xalq artisti Nəzakət Teymurova M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında solo konsert proqramı ilə çıxış edib. 

AZXEBER.COM xəbər verir ki, musiqi gecəsində sənətçi sevilən xalq mahnıları və təsniflərdən ibarət xüsusi repertuarla sevənlərinin qarşısına çıxıb.

Səhnədə onu Əməkdar artist Fuad İbrahimovun rəhbərlik etdiyi Bakı Dövlət Kamera Orkestri müşayiət edib.

Gecədə həmçinin Əməkdar artist Əliağa Sədiyevin bədii rəhbəri olduğu "Xarıbülbül” muğam qrupu da səhnə alıb.

N.Teymurovanın imici üzərində stilist Elnur Həsənov və Aynur Xəlilova çalışıb. A.Xəlilova sənətkar üçün iki fərqli libas hazırlayıb. Teymurova səsi və ifaları ilə yanaşı, görüntüsü ilə də diqqət mərkəzində olub.

Tədbirə Xalq şairi Ramiz Rövşən də qatılıb. Teymurova konsertöncəsi şairlə xüsusi olaraq görüşüb.
OXŞAR XƏBƏRLƏR