Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görkəmli baletmeysterlə aprelin 14-də, saat 11:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Mərasimdən sonra mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.











































