Xalq artisti nəvələriylə birgə 'İmza Mən'də - VİDEO
MAQAZİN
14:23 18.09.2012
2720
Bu həftə “ARAZ fm 103.3”-ün və Xəzər televiziyasının efirində yayımlanan “İmza mən” verilişinin qonağı Azərbaycanın xalq artisti Afaq Bəşirqızı oldu.AZXEBER.COM-un məlumatına görə, "Park Bulvar"a nəvələri ilə gələn xalq artisti, veriliş ərzində olub-keçənlərdən danışdı.Səxavət Nurun suallarını səmimi cavablandıran xalq artisti, verilişdən sonra pərəstişkarları ilə görüşdü. Onlarla birgə şəkillər çəkdirən xalq artisti, imzalı fotolarını da fanatlarına təqdim etdi. Xalq artistinin nəvələri də verilişdə qonaq olubƏgər sizlər də verilişdə nələrin olub-bitdiyindən agah olmaq istəyirsinizsə, 21 sentyabr saat 19:30-da Xəzər TV və Araz FM 103.3-də yayımlanan “İmza Mən”i qaçırmayın.Qeyd edək ki, verlişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdırOzal İbrahimli