Xalq artisti qızına avtomobil hədiyyə etdi - FOTOLAR
Bütün Xəbərlər
12:24 08.10.2014
6642
Xalq artisti Aygün Kazımova qızı İlqarəyə avtomobil hədiyyə edib.Xalq artisti qızının 24 yaşını Bakıdakı gecə klublarının birində qeyd edib. İlqarə özəl gününü özəl dostları ilə keçirməyə üstünlük verdiyindən Aygün Kazımova özü məclisə qatılmayıb. Buna baxmayaraq o, qızına qırmızı rəngli avtomobil göndərməklə təbrik edib.İlqarənin dostları arasında tanınmış iş adamı Fadal Bazi, telerejissor Aynurə Səmədova, jurnalist Feliks Vişnevetski olub. Şou-biznes nümayəndələrindən isə yalnız müğənni Elnur Məmmədov məclisə dəvət edilib.//anspress