Xalq artisti Şahnaz Haşımova Macarıstana gedir

MƏDƏNİYYƏT
13:39 06.06.2012
3227
Xalq artisti Şahnaz Haşımova rəhbərlik etdiyi “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblı ilə birlikdə Macarıstana yola düşəcək. Xalq artistinin ANS-ə verdiyi məlumata görə, qastrol səfəri Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə reallaşacaq. Ansambl 12 iyunda paytaxt Budapeştdə konsert proqramı ilə çıxış edəcək. Konsertdə Şahnaz xanımla yanaşı vokal ifaçısı, əməkdar artist Tural Abdullayev də çıxış edəcək.  Ansamblın Macarıstanda keçiriləcək festivalla əlaqədar bir neçə şəhərdə də çıxışı da gözlənilir. “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblı ilə bərabər festivalda bir çox xarici ölkələrin musiqi kollektivləri də çıxış edəcəklər.

OXŞAR XƏBƏRLƏR