"Xalq artisti Şahnaz Haşımova sabah əməliyyat olunacaq".
AZXEBER.COM xəbər verir ki, bu məlumatı Oxu.Az-a açıqlamasında onun nəvəsi Eldar Abdullayev deyib.
O qeyd edib ki, əməliyyat Gəncə Beynəlxalq Xəstəxanasında baş tutacaq: "Nənəm hazırda evdədir, xəstəxanada deyil. Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yazılanlar doğru deyil. Müəyyən müayinələr aparılıb. Səhhətində yaranan problemlə əlaqədar sabah əməliyyat olunmasına qərar verilib", - deyə E.Abdullayev bildirib.
E.Abdullayev Şahnaz Haşımovanın nə ilə əlaqədar əməliyyat olunacağını açıqlamayıb.










































