Xalq artisti özünə yaxta alıb?

MAQAZİN
16:30 05.07.2013
2044
Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovanın şəxsi yaxtasında gəzintiyə çıxacağı deyilir.Publika.Az-ın məlumatına görə, səfər yaxın günlərdə baş tutacaq. Aktrisa xəbəri eşitcək “yalansa, gerçək olsun” dedi, amma gəzintiyə çıxacağını gizlətmədi: “Şarmlı xanımam və buna görə də hər kəs mənim zəngin olduğumu düşünür. Həmişə arzulamışam atım və yaxtam olsun, amma əfsus ki, heç biri yoxdur. Heç dəniz kənarında bağım da yoxdur ki, doyunca dənizə tamaşa edim. Mən təbiəti və dənizi çox sevirəm. Saatlarla dayanıb dənizi seyr etməyi xoşlayıram”.

OXŞAR XƏBƏRLƏR