Xalq artistinin arvadı koronavirusa yoluxdu

Xalq artistinin arvadı koronavirusa yoluxdu
MAQAZİN
11:46 17.09.2020
2828
Azərbaycanın Xalq artisti Yusif Eyvazovun dünya şöhrətli həyat yoldaşı, rusiyalı opera ifaçısı Anna Netrebko koronavirusa yoluxub.

Müğənni xəstəxanaya yerləşdirilib. Bu barədə o özü "İnstagram" səhifəsində məlumat verib. "Artıq beş gündür xəstəxanadayam. Mən xəstələndiyimi hiss edən kimi dərhal özümü izolyasiya etmişdim. Xəstəxanaya vaxtında gəldim".

Müğənni həyat yoldaşı Yusif Eyvazovda antitel olduğunu, oğlunun isə sağlam olduğunu bildirib.

Xatırladaq ki, 10 gün öncə Moskva Böyük Teatrında onu iştirakı ilə keçirilməli olan "Don Karlos" tamaşasının nümayişi təxirə salınmışdı. Buna səbəb baş rollardan birinin ifaçısında koronavirusun aşkarlanması idi. 
 
///baku.ws
OXŞAR XƏBƏRLƏR