Lent.az-ın məlumatına görə, gecə saatlarında A.Babayevin Qax rayonunun Qaxbaş kəndində yerləşən bağ evində girən naməlum şəxs və ya şəxslər evdən 1 ədəd televizor və dvd-ni aparıblar. Hadisə ilə bağlı polisə ilk məlumatı Xalq artistinin qonşusu Məmmədov Cavad Camal oğlu verib. Çünki C.Məmmədov Xalq artistinin qonşusudur və evinə nəzarət etməyi ona tapşırıbmış.Qax rayon polis şöbəsindən faktı təsdiqləyiblər.Qeyd edək ki, Arif Babayevin bağ evi Ağçay çayının yaxınlığındakı yeni yaşayış massivində yerləşir.