Xalq artistinin gəlini polis rəisi ilə münaqişə edib

Xalq artistinin gəlini polis rəisi ilə münaqişə edib
Bütün Xəbərlər
12:53 09.10.2015
1431
Dünən gecə saat 23 radələrində "Monte-Kristo" şadlıq evinin qarşısında xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın gəlini ilə Binəqədi rayon 5-ci polis bölməsinin rəisi arasında münaqişə yaranıb.
AZXEBER.COM  xəbər verir ki, hər iki şəxs avtomobil idarə edərkən şadlıq evinin önündə qarşı-qarşıya gəlib. Sürücülərdən heç biri digərinə yol vermək istəməyib. Qeyd edilir ki, 5-ci polis bölməsinin rəisi sükan arxasında içkili vəziyyətdə olub. O, xalq artistinin gəlininə qarşı kobud və nalayiq hərəkətlər edib. Münaqişə böyüdüyündən Zeynəb Xanlarovanın gəlinini polis bölməsinə aparıblar. Bundan xəbər tutan xalq artisi hadisəylə bağlı daxili işlər naziri Ramil Usubova zəng edib.
Modern.az hadisənin təfərrüatını öyrənmək üçün Binəqədi rayonu 5-ci polis bölməsi ilə əlaqə saxlayıb. Bölmədən saytımıza belə faktın qeydə alınmadığını deyiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də saytımıza hadisə barədə məlumatsız olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR