'Xalq Ulduzu'nun qalibi haqqında şok iddia - FOTOLAR

MAQAZİN
01:54 02.03.2012
11957
Sən demə, subay olduğunu deyən müğənni bir qızla nişanlı, başqa birisi ilə evli olub.

AZXEBER.COM-un "Oxumeni.az" saytına istinadən verdiyi xəbərə görə, "Xalq ulduzu" yarışmasının qalibi Tural Salmanov bu yaxınlarda ATV-nin səhər verilişlərinin birinin qonağı olarkən hələ ailə qurmadığını, bir qızı sevdiyini deyib. Verilən "həyatda sevgin olubmu" sualına cavab bu cür səslənib: "sevgim var idi, daşadəydi". Daha sonra Günay xanımın "sevgi göstərərdin, hörmət qazanardın" replikasını müğənni özünəməxsus ironiya ilə cavablandırıb: "bəlkə sevgimi üç ildən sonra bildirəcəkdim".

Adının açıqlanmasını istəməyən etibarlı mənbənin verdiyi məlumata görə, Tural 2011-ci ildə rəsmi qaydada sayılıb-seçilən bir ailənin qızı ilə nikaha girib və şadlıq saraylarının birində təntənəli şəkildə toyu olub. Daha doğrusu, qız toyu "Su Sonasın"da, oğlan toyu "Gilavar"da baş tutub. Hər iki toydan yığılan pulla maşınının kredit borcunu bağlayıb.

Elə ilk həftələrdən başlayaraq ailədə münaqişə şəraiti hökm sürüb, Tural həyat yoldaşına qarşı həm aqressiv, həm də etinasız münasibət göstərməyə başlayıb. Həmin ilin 18 oktyabr günü həyat yoldaşı hamilə vəziyyətdə ata evinə getmək məcburiyyətində qalıb. Daha doğrusu, səhhətində yaranmış problemlərlə əlaqədar bir müddət anasının yanında qalmalı olub. Vəziyyəti bir qədər stabilləşdikdən sonra Turalgilə zəng vurub ki, gəlib onu aparsınlar. Etibarlı mənbənin verdiyi məlumatda bildirilir ki, Turalın ailə üzvləri gəlinə doğuş gününə qədər ata evində qalmasını məsləhət görüblər. Bu xəbərdən sarsılan 21 yaşlı gəlinin halı daha da pisləşməyə başlayıb. O, bir müddət sonra Turalın özü ilə əlaqə saxlayıb və bildirib ki, hamiləlik vaxtından əvvəl pozula bilər. Bu zaman Tural həyat yoldaşına sərt şəkildə cavab verib: "Mənə maraqlı deyil, nə istəyirsən, elə". Aldığı cavabdan sarsılan gəlin bətnindəki körpəni itirib. Bütün bu xoşagəlməz hadisələrdən sonra gəlin evliliyin davam etdirilməsinin qeyri-mümkün olduğunu anlayıb və boşanmaq barədə məhkəməyə rəsmi müraciət edib. Həmin ilin 25 dekabr günü məhkəmənin qərarı ilə gənc ailənin nikahı rəsmi qaydada pozulub. Artıq gəlin bu insanın adını belə eşitmək istəmir.

Etibarlı mənbənin məlumatında o da qeyd olunur ki, veriliş efirə gedən zaman gəlinin qohumları canlı efirə qoşularaq onun yalanlarını faş etmək istəyiblər. Lakin müəyyən texniki və ya digər səbəblərdən bu, mümkün olmayıb. Ümumiyyətlə, Tural Salmanov həmin verilişdə bəylik kostyumunda və ona qız evi tərəfindən hədiyyə edilmiş qızıl saatda, üzükdə çıxış edib.

Faktla bağlı gəlinin ailəsi ilə əlaqə saxlamaq istədik. Lakin qarşı tərəf bu barədə danışmaq belə istəmədiyini bildirdi.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir