"Xalqımız düşmənə mübarizə aparmaq gücünü nümayiş etdirdi"

"Xalqımız düşmənə mübarizə aparmaq gücünü nümayiş etdirdi"
SİYASƏT
14:34 27.11.2020
811
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tarixi qələbəsi ilə nəticələndi. Müzəffər Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və göstərişilə rəşadətli Azərbaycan Ordusu anti-terror əməliyyatı apararaq Ermənistan üzərində şanlı qələbə qazandı.
 
Prezident İlham Əliyev öz iradəsi və diplomatik məharətilə dünya azərbaycanlılarına böyük zəfər və fəxarət hissi yaşatdı.

Bu şanlı qələbəyə dünya azərbaycanlıları ürəkdən sevinir. Xaricdəki soydaşlarımız da böyük sevinc və coşğu ilə bu qələbəni qeyd ediblər. Bu bir daha göstərir ki, diaspor üzvləri də cismən Vətəndən uzaqda olsaq da, qəlbən doğma yurdumuzla nəfəs alırırlar… 

İllərdir həsrətində olduğumuz Qələbə xəbərini eşitməkdən qürur duyduq. Şəhidlərimizin qanı hesabın işğaldan azad olunan hər qarış torpağımızı qəlbimizin bir hissəsi bilirik. Xalqımız bu milli məsələdə birləşib düşmənə mübarizə aparmaq gücünü ortaya qoydu. 
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində  4 rayonu, Şuşa  və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, 25-də isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.  

Noyabrın 25-də Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciət edib.  Prezident müraciətində deyib ki, Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir: "Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Sadəcə olaraq, erməni "tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər.   Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar. Məscidlərin dağıdılmasına etiraz edilməməsi Qərb ölkələrinin ikili standartlarının, islamofobiyanın, xristian təəssübkeşliyinin təzahürdür”.

Dünya azərbaycanlıları bu gün bir yumruq kimi birləşib Prezident İlham Əliyevi dəstəkləyir. Hər bir soydaşımız Azərbaycan dövləti, Ali Baş Komandanın ətrafınızda toplaşıb. Ölkə başçısının cəsarətli addımları bizləri ruhlandırır və bir daha azərbaycanlı olmağımızla fəxr edirik.
 
Binəqədi RİH yanında İctimai Şuranın katibi, jurnalist - Fuad Hüseynzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?
16:54 12.08.2026
Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?
Dünyada tullantıdan gəlir əldə edən ölkələr - SİYAHI
16:47 12.08.2026
Dünyada tullantıdan gəlir əldə edən ölkələr - SİYAHI
"Məkkə sazişi"nə o ölkə də qoşulmaq istəyib - Səudiyyə Ərəbistanı "yox" deyib
16:42 12.08.2026
"Məkkə sazişi"nə o ölkə də qoşulmaq istəyib - Səudiyyə Ərəbistanı "yox" deyib
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
16:39 12.08.2026
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
"Sabah" Çempionlar Liqasına vəsiqə qazansa, ən az 18 milyon avro əldə edəcək
16:35 12.08.2026
"Sabah" Çempionlar Liqasına vəsiqə qazansa, ən az 18 milyon avro əldə edəcək
Türkiyədə F16 təyyarəsi qəzaya uğradı
16:35 12.08.2026
Türkiyədə F16 təyyarəsi qəzaya uğradı
“Sabah”ın oyununda dava düşdü: Cinayət işi açıldı
16:22 12.08.2026
“Sabah”ın oyununda dava düşdü: Cinayət işi açıldı
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
16:18 12.08.2026
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
Park Yasamalda hazır və tikintisi davam edən mənzillər satışda
16:00 12.08.2026
Park Yasamalda hazır və tikintisi davam edən mənzillər satışda
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
15:20 12.08.2026
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
15:05 12.08.2026
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
15:02 12.08.2026
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
14:58 12.08.2026
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
14:57 12.08.2026
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
14:46 12.08.2026
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir
14:35 12.08.2026
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir