"Xalqımız Qələbəyə günbəgün yaxınlaşır"

SİYASƏT
21:29 20.10.2020
672
Ordumuzun yeni möhtəşəm qələbəsi Qarabağın azadlığını anbaan yaxınlaşdırır. Fizulinin azad edilməsi xalqımızın azadlıq mübarizəsində xüsusi əhəmiyyətə malikdir. Fizulinin işğaldan azad olunmasını heç çür həzm edə bilməyən nadan erməni faşistləri dinc əhaliyə qarşı yeni vəhşiliyə əl atırlar. Ölkəmizin ikinci şəhəri olan Gəncəni yenidən sayca üçüncü dəfə raket atəşinə tutdular. Gəncənin raket atəşinə tutulması erməni vəhşiliyinin növbəti iyrənc ifadəsidir. Hərb meydanında məğlub olan Ermənistan, adətinə uyğun olaraq dinc əhalini, uşaq və qadınları hədəf alır. Xocalıdakı qətliamı  törədənlərin övladlarınından başqa bir şey gözləməyə dəyməz. Ermənistan rəhbərliyinin terror əməllərinin qurbanı olan əhali arasında qadın və uşaqlarında yer alması tarixən törədilən qətliamın növbəti təzahürüdür.
Erməniləri bu cür vəhşiliklərə həvəsləndirərək şizofren xislətli Ermənistan yaradanlar bugün cavab verməlidirlər. Törədilən cinayətlərə görə məsuliyyət daşımalıdırlar. Halbuki bu cür terror dövlətini bəşəriyyətə kəşf edənlər nədənsə susurlar. Gəncə qətliamının bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.
Döyüş əməliyyatları zonası hüdudlarından uzaqda yerləşən şəhərlərin raket atəşinə məruz qalması döyüş meydanında daha da iri məğlubiyyətlərə uğrayacağını bilən Ermənistan rəhbərliyinin çarəsizliyinin və ümidsizliyinin sübutudur. Körpə uşaqlara toxunmaq murdar xalqın qəddarlığı və qorxaqlığıdır.
Azərbaycan dövləti isə öz növbəsində özünümüdafiə və öz əhalisinin təhlükəsizliyinin təmin edilməsi üçün qanuni hüququnu saxlayır. 
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək Fizuli şəhərinin işğaldan azad edildiyini bəyan etdi. "Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”.
Əlbətdə  27 ildir ki, mədəniyyət və memarlıq abidələri ilə zəngin olan Füzuli şəhəri erməni vandalizminin qurbanına çevrilib. Özünəməxsus təbiəti olan Füzuli ərazisində Ermənistanın işğalı nəticəsində uzunömürlü şərq çinarları, o cümlədən Ərgünəş meşəsinin böyük hissəsi məhv edilib.
Dövlət başçısı bildirib ki, artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün.” Mən də erməni xalqına  müraciət etmişdim və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işi var onların bizim torpaqlarımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsinizsə edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”
Azərbaycan xalqı döyüş meydanında öz gücünü həm bütün dünyaya, həm də düşmənə göstərdi.  Əlbətdə bu şücayət bizim xalqımızın iradəsi və uğurudur.
Lakin bu vəhşiliklər Azərbaycan xalqının qələbə əzmini qıra bilməz. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü davam edir və edəcək! Biz inanırıq ki, qüdrətli Mübariz Ordumuz öz sözünü deyəcək və qətiyyətli siyasi liderimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə bu vəzifəni inamla yerinə yetircəkdir. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

OXŞAR XƏBƏRLƏR