Beynəlxalq Mətbuat Mərkəzində Xalqxeber.Az portalının 2 illik fəaliyyətinə dair mətbuat konfransı keçirilib.
Tədbirdə saytın bu günədək olan fəaliyyəti haqda məlumat verilib.
Portalın baş redaktoru Peyman Sadıqov Kanal13-ə bildirdi ki, Xalqxeber.Az saytı 2 il ərzində daima gənclərin səsini işıqlandırıb və onların pəncərəsi olmağa çalışıb. Baş redaktor onu da əlavə etdi ki, qarşıya qoyulan əsas məqsəd portalın Azərbaycan internet məkanında ən güclü olmasını təmin etməkdir.