Xamenei tapşırıq verdi

Xamenei tapşırıq verdi
DÜNYA
21:19 24.10.2026
213
İranın Ali rəhbəri Müctəba Xamenei ölkənin məhkəmə hakimiyyətinə başçılıq edən Qulamhüseyn Möhsüni-Ejei ilə görüşdə müasir texnologiyalardan maksimum istifadəni tapşırıb.

IRIB xəbər verir ki, o bunu təşkilat və qurumların idarəetməsinə dəstək məqsədilə deyib.

"İranda ABŞ ilə İsrailin hücumları nəticəsində xalqa dəymiş maddi və mənəvi zərərin ödənilməsi istiqamətində işlər gücləndirilməlidir", - Xamenei əlavə edib.

Bundan başqa, cinayətə səbəb olan vəzifə səhlənkarlıqlarının araşdırılması, məsul qurumlarla əməkdaşlıq çərçivəsində cinayətkarlıqla qətiyyətli mübarizə aparılması, hüquq pozuntularına şərait yaradan amillərin aradan qaldırılması tapşırılıb.
 
///report///
OXŞAR XƏBƏRLƏR