“Xan-qızı" ı niyə yarandı ?

“Xan-qızı" ı niyə yarandı ?
Bütün Xəbərlər
17:33 05.11.2014
806
İdman deyəndə çox vaxt kişilər yada salınır? 
O da qaldi ki futbol . Futbol deyəndə psixoloji olaraq kişi düşünülür, niyə? Zərifik! Demədik ki, zəifik. Qadın övladdır, qadın bacıdır, həyat yoldaşıdır, nəhayət anadır.Qadın cəmiyyət üçün hər şeydir .Məgər, hər kişinin uğurunun arxasında bir qadın dayanmır ?
İnkişaf etmiş, svilizasiyalı cəmiyyətlərdə qadınlar onlar üçün maraqlı olan hər hansı bir məkana gedə bilir və buna görə heç bir basqıya məruz qalmır. Bizim futbol bizim qadınlara maraqlı deyilmi ? Məgər futbolu sevən hər bir qadın o həyəcanı, sevinci evdə hər hansı çərəzi əlinə alaraq televizor qarşısında oturmaq yerinə, canlı olaraq yaşamaq istəməyibmi? Mən bu cür düşünmürəm. Hətta deyərdim ki, bu maraq gündən-günə artmaqdadır. Bəlkə stadionlarımız qadınlarımızın gedə bilməyəcəyi qədər iyrənc vəziyyətdədir? Hər halda belə olsaydı, kişilər özləri də futbola bu qədər maraq göstərməzdilər.
Ümumiyyətlə, kişilər getdikləri hər hansı bir məkana qadınlarının getməsini istəmirlərsə demək həmin yerdə əxlaqsızlıq və s. olacağında ehtiyat edirlər. Və yaxud da əgər kişilər getdikləri yerə gələn qadınlara necə münasibət bəsləyirlərsə, qorxurlar ki, onların qadınlarına da o cür yanaşa bilərlər. Ancaq bu bir həqiqətdir ki, stadion ictimai yer olduğu üçün ictimai qaydaya tabedir. İctimai qaydanın da əsas elementlərindən biri əxlaq normalarıdır.Təbii ki, digər ictimai yerlər kimi stadionda da bu normalar pozula bilər. 
Amma digər ictimai yerlər kimi. Odur ki, bu düşüncə “qara” fikirlilikdən başqa bir şey deyil.
Qadın da cəmiyyətin bir üzvüdür və stadionları da kişilər özəlləşdirməyib, hər bir azarkeş qadın öz klubuna dəstək olmaq üçün heç bir basqı görmədən, narahat edilmədən stadionda oyunu izləməlidir. Azarkeş elə azarkeşdi, nə qadın, nə kişi. Hər kəs öz sevincini, emosiyalarını istədiyi şəkildə göstərə bilər.
Digər bir məsələ qadınlarımızın artıq dedi-qodudan, alış-verişdən, ailə-məişət problemlərindən başqa məsələlərə vaxt ayırmamasıdır. Söhbət təkcə futboldan getmir. Hər biriniz təsdiq edə bilərsiniz ki, Azərbaycan qadını ictimai bir işin görülməsində aktiv deyil. Bayaq qeyd etdim, zərifik, amma zəif deyilik.Qadınlarımızın hər hansı bir ictimai qurumda birləşməsi onların dünya görünüşünə və cəmiyyətdəki davranışlarına təbii ki, müsbət dərəcədə öz təsirini göstərəcəkdir.
Bütün bu fikirləri yoldaşlarla götür-qoy etdikdən sonra biz də öz sevimli komandamızı-Qarabağımızı dəstəkləmək üçün qadınlardan ibarət Azarkeş qrupu yaratmaq fikrimizi təxirə salmadıq.”İmarət” azarkeş qrupunun qadınlardan ibarət qolunu-“Xan qızı” qrupunu yaratdıq.Niyə məhz Xan qızı ? İmarət adının özündə Qarabağ tarixini canlandırdığı hər kəsə məlumdur . “Qarabağ”ımızın ev oyunlarını keçirdiyi İmarət stadionu Xan qızı Xurşudbanu Natəvanın şəxsi mülkiyyəti olub və onun İmarəti həmin yerdə yerləşib.Buna görə də 50-ci illərdə inşa olunan stadiona “İmarət” adı verilib.Ağdam işğal olunana qədər stadionun həyətində Natəvanın büstünə də rast gəlmək olardı.1897-ci ildə o dünyasını dəyişəndə insanlar onun tabutunu çiyinləri üstə Şuşadan Ağdama endirib, öz ata-babalarının, Pənahəli xanın, Mehdiqulu xanın uyuduğu “İmarət”də dəfn etdilər.Şübhəsiz ki, “Xan qızı” adı verilən Natəvanın ruhu bu gün də İmarətdə dolaşır.
“İmarət” ə aid olmaq üçün biz də adımızı “Xan qızı” qoyduq.İnşallah bu ada layiq olduğumuzu sübut edəcəyik!
Nərmin Kazımova
OXŞAR XƏBƏRLƏR